Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:07

Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani bütün Taliban fraksiyalarını hökumətlə sülh danışıqlarına qoşulmağa çağırıb.

O bunu yanvarın 18-də Kabildə keçirilən 4 tərəfli danışıqların açılışında deyib və qeyd edib ki, əks halda Taliban küncdə qalacaq.

Rabbani deyib ki, əgər talibançılar danışıqlardan imtina etsələr, sübut edəcəklər ki, məqsədləri sülh deyil.

Nazir bildirib ki, Əfqanıstan xalqı nəticə verməyən uzun sülh prosesini qəbul etməyəcək.

Kabildə keçirilən görüşdə Əfqanıstan, Pakistan, ABŞ və Çin rəsmiləri iştirak edir.

Məqsəd ölkədəki uzun müharibəyə son qoymaq üçün Talibanla Əfqanıstan hökuməti arasında birbaşa dialoqa nail olmaqdır.

Tərəflər bir həftə bundan əvvəl İslamabadda görüşüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG