Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:56

-

Keçmiş deputat Gülər Əhmədova üzərindəki məhkumluğun götürülməsini istəyir. O, bu məqsədlə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Gülər Əhmədova məhkəməyə təqdim etdiyi iddia ərizəsində üzərindəki şərti məhkumetmə cəzasının ləğv olunması və məhkumluğun götürülməsini xahiş edib. Bu barədə AzadlıqRadiosuna məhkəmədən bildirilib.

Məhkəmə bir müddət əvvəl Gülər Əhmədovanın müraciətinə baxıb, lakin onu təmin etməyib. Qərardan narazı qalan sabiq deputat apellyasiya şikayəti verib.

Gülər Əhmədova Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevi 2005-ci ilin parlament seçkilərində deputat seçdirmək üçün ondan 1 milyon dollar almaqda ittiham edilərək, 2013-cü il fevralın 13-də həbs olunmuşdu. Həmin il dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələri ilə təqsirli bilinib 3 il azadlıqdan məhrum edildi. 2014-cü il mayın 5-də Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişərək, ona təyin olunmuş 3 il həbs cəzası şərti hesab edildi və o, məhkəmə zalından azadlığa buraxıldı.

Gülər Əhmədova ittihamı qəbul etmir və Elşad Abdullayevlə danışıqlarını əks etdirən videogörüntülərin montaj olduğunu bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG