Keçid linkləri

2017, 18 Yanvar, çərşənbə, Bakı vaxtı 18:25

-

Xarici İşlər Nazirliyi İranın nüvə proqramı ilə bağlı razılaşma barədə yayıb. Nazirlikdən verilən məlumata görə, bəyanada deyilir:

“Xarici İşlər Nazirliyi altılıq ölkələri (ABŞ, Almaniya, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Çin, Fransa, Rusiya Federasiyası) və İran İslam Respublikası arasında Avropa İttifaqının iştirakı ilə 14 iyul 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsini alqışlayır. Bu irəliləyişin əldə olunmasında bütün tərəflərin nümayiş etdirdikləri qətiyyət və əzmi təqdir edirik”.

Bəyanatda razılaşmanın iki ölkənin münasibətlərinə müsbət təsir edəcəyi vurğulanır:

“Bu müsbət prosesin Azərbaycan Respublikası və İran İslam Respublikası arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişafına əlavə təkan verəcəyinə əminliyimizi bildiririk”.

Ötən ilin iyulunda imzalanmış nüvə sazişi sanksiyaların qaldırılmasını nəzərdə tuturdu. Yanvarın 16-da İrana əksər sanksiyalar qaldırıldı.

Günün bütün mövzuları

XS
SM
MD
LG