Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:13

-

Futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmənin başlanma vaxtı məlum olub.

APA informasiya agentliyinin məlumatına görə, cinayət işi Səbail Rayon Məhkəməsinin hakimi Elmar Rəhimovun icraatına verilib. İş üzrə məhkəmənin hazırlıq iclası yanvarın 27-nə təyin edilib.

Rasim Əliyev avqustun 8-də paytaxtın Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyüldükdən sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avqustun 9-da gecə xəstəxanada vəfat edib.

Bununla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynovla birlikdə 6 nəfər saxlanıb. Digər 5 nəfərin məhkəməsi gedir. Onlar Rasim Əliyevi facebook səhifəsində Cavid Hüseynov haqqında yazdığı fikirlərinə görə döyməkdə ittiham olunurlar.

Futbolçu isə Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham edilir. Ancaq sonradan Cinayət işinin materiallarından C.Hüseynovla bağlı iş ayrıca icraata götürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG