Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:43

-

ABŞ və İraq rəsmiləri İraqın paytaxtı Bağdadda itkin düşmüş 3 amerikalını tapmağa çalışır. Yanvarın 17-d hər iki ölkə rəsmiləri oxşar açıqlama veriblər.

“Onların tapılması üçün İraq hakimiyyəti ilə tam əməkdaşlıq edirik”, ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby deyib.

Al-Arabiya televiziyası amerikalıların “silahlılar” tərəfindən oğurlanma ehtimalından yazıb. Onların Bağdadın cənubunda itdiyi qeyd olunur.

Frans Press adını çəkmədiyi İraq polis polkovnikinə istinadla yazıb ki, 3 amerikalı və iraqlı tərcüməçi hərbi formada olan silahlılar tərəfindən oğurlanıblar. O, həmin şəxslərin yerinin tapılması üçün İraq qüvvələrinin əməliyyata başladığını da sözlərinə əlavə edib..

Əsasən şiələrdən ibarət yarı-hərbi qüvvələr İraqa İslam Dövləti silahlı qruplaşmasına qarşı döyüşlərdə kömək edir. Onlar edam və adam oğurluğunda da ittiham olunurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG