Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:33

Koreyalar təbliğatı davam etdirir


Cənubi Koreya əsgəri səsgücləndiricilərin yanında

Cənubi Koreya əsgəri səsgücləndiricilərin yanında

-

Cənubi Koreya bildirir ki, Pxenyan ötən həftə ərazisinə 1 milyon vərəqə tullayıb. Seul yanvarın 18-də bəyan edib ki, vərəqələr sərhəd zonasına şarlar vasitəsilə buraxılır.

Cənubi Koreya isə Şimala səsgücləndiricilər vasitəsilə pop musiqi və təbliğat mesajları yayır.

Yanvarın 6-da Pxenyan nüvə sınağı aparıb və hidrogen bombasını uğurla partlatdığını iddia edib. Ancaq Birləşmiş Ştatlar və Seul ortalıqdakı dəlilin həmin iddia ilə üst-üstə düşmədiyini bildirib.

Seul sərhəddə təbliğat videolarının göstərilməsi üçün nəhəng bilbordlar quraşdırmağı nəzərdən keçirir.

Cənub 2004-cü ildən sərhəd boyunca təbliğat vərəqələrinin yayılmasını dayandırıb. Ancaq ölkədəki özəl qurumlar bu işi davam etdirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG