Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:06

-

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov «qənaət» zərurətindən söz açıb. O, hökumətin yanvarın 10-da keçirilən iclasında bildirib ki, 2016-cı ildə komitəyə ayrılan büdcədən 40 milyon manatadək vəsaitə qənaət üçün təkliflər hazırlanıb. Prezidentə üz tutan komitə sədri belə deyib:

«Həmin təkliflər aidiyyəti nazirlərlə müzakirədən sonra yaxın vaxtlarda Zati-alinizin diqqətinə təqdim ediləcək».

Əli Həsənov yaranmış maliyyə çətinliyini gözə alaraq, başçılıq etdiyi komitəyə 2015-ci ildə ayrılmış büdcədən də 5 milyon manata qənaət olunduğunu diqqətə çatdırıb.

«YARDIMLARIN NƏINKİ LƏĞVİ, HƏTTA AZALDILMASI DA...»

İqtisadiyyat eksperti Vüqar Bayramov qənaət rejiminin sosial durumu yetərsiz sayılan məcburi köçkünlərin dolanışığını ağırlaşdıraçağını düşünür: «Öz ev-eşiyini itirmiş məcburi köçkünlərin aldığı istənilən yardımın nəinki ləğvi, hətta azaldılması da heç bir halda bu gün müzakirə mövzusu olmamalıdır. Qənaət sosial yardımların ixtisarı kimi anlaşılmamalıdır».

«DÖVLƏT QURUMLARININ SAYINI, AZI, 2 DƏFƏ AZALTMAQ MÜMKÜNDÜR»

Ekspertin fikrincə, qənaət struktur islahatları hesabına olmalıdır: «Lazımsız və iqtisadiyyatın inkişafına mane olan bircə dövlət qurumun ləğvi ildə bundan, ən azı, 4 dəfə çox qənaətə yol aça bilər. Azərbaycanda fəaliyyət göstərən 43 fərqli dövlət qurumunun sayını, azı, 2 dəfə azaltmaq mümkündür. Regional inkişafa heç də xeyir gətirməyən rayonları birləşdirib, saylarını azaltmaq da qənaət imkanı yarada bilər».

Vüqar Bayramovun fikrincə, struktur islahatları həm dövlət vəsaitinə qənaətə yol açacaq, həm də çevik idarəetmə sistemi qazandıracaq: «Bir-birini təkrarlayan qurumlar var. Onların inzibati binası, xidməti avtomobilləri və digər heç də lazımlı olmayan xərcləri var. Qənaət məhz bu qurumların ləğvindən başlanmalıdır, məcburi köçkün pullarının kəsilməsindən yox».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG