Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:55

-

İranda məhbus mübadiləsi ilə azadlığa çıxmış 4 amerikalıdan üçü İsveçrədə qısamüddətə dayanandan sonra Almaniyaya çatıb. Onlar “Washington Post” qəzetinin Tehran bürosunun rəhbəri Jason Rezaian, İdahodan keşiş Saeed Abedini, keçmiş dəniz piyadası Amir Hekmati-dir. Dördüncü məhbus – Nosratollah Khosravi-Roodsari hələlik Tehrandan çıxmayıb. Bunu ABŞ rəsmiləri deyir. Adının çəkilməsini istəməyən rəsminin sözlərinə görə, Khosravi-Roodsari İsveçrəyə uçan təyyarəyə minməkdən imtina edib.

ABŞ diplomatı Brett McGurk Cenevrə aeroportunda Rezaian-ı qarşılayan zaman fotosunu tvitterdə yerləşdirib.

Beşinci məhbus – tələbə Matthew Trevithick ayrıca buraxılıb və artıq İrandan çıxıb.

İran yanvarın 16-da, beynəlxalq sanksiyalar qaldırılan gün 5 amerikalını azadlığa buraxdığını bildirib.

“Amerikalıların buraxılması hamımızın bayram edə biləcəyi bir hadisədir”, ABŞ prezidenti Barack Obama yanvarın 17-də deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG