Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:49

Rusiya rəsmisi "yol oğurluğunda" ittiham olunur


Rusiya rəsmisi dövlətə məxsus yolun 50 kilometrlik hissəsini oğurlamaqda ittiham olunur.
Rusiya rəsmisi dövlətə məxsus yolun 50 kilometrlik hissəsini oğurlamaqda ittiham olunur.

-

Rusiya rəsmisi dövlətə məxsus yolun 50 kilometrlik hissəsini oğurlamaqda şübhəli bilinir.

İstintaq Komitəsi bildirib ki, Aleksandr Protopopov Komi regionunda həbsxana xidməti rəisi olarkən beton yolun sökülməsinə və plitəərin satılmasına başçılıq edib.

2014-2015-ci illər arasında 7000-dən çox beton paneldən ibarət yol "sökülərək daşınıb" və satılıb.

Müstəntiqlər bildirirlər ki, bu cinayət Rusiya Federasiyasına 79000 dollar ziyan vurub.

Hazırda milli həbsxana xidmətinin rəis müavini əvəzi olan Protopopov dövlət vəzifəsi tutduğu dövrdə dövlət əmlakını mənimsəməkdə ittiham edilir.

Əgər onun günahı təsdiqlənərsə onu 10 il həbs cəzası gözləyə bilər.

Həbsxana xidmətinin İnternet səhifəsində deyilir ki, Protopopov 2010 - 2015-ci illər arasında Komi vilayətinin həbsxana xidmətinin rəisi olduğu müddətdə mükafatlarla təltif edilib. Onların arasında "mənəvi birlik" yaratdığına görə mükafat da var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG