Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:59

-

İran həbsxanalarından azad olunmuş 4 amerikalı yanvarın 17-də Tehranı tərk ediblər. Bu barədə İran dövlət mediası yanvarın 17-də məlumat yayıb. Həmin amerikalılar məhbus mübadiləsi çərçivəsində azadlığa buraxılıblar.

Onlar “Washington Post” qəzetinin Tehran bürosunun rəhbəri Jason Rezaian, İdahodan keşiş Saeed Abedini, keçmiş dəniz piyadası Amir Hekmati və Nosratollah Khosravi-Roodsari-dir.

ABŞ mediası adı çəkilməyən rəsmiyə istinadla yazır ki, həmin 4 nəfər Tehranı İsveçrə təyyarəsində tərk ediblər.

“Washington Post” Rezaian-ın həyatı yoldaşı Yeganeh Salehi ilə birlikdə İrandan “sağ-salamat” çıxdığını təsdiqləyib. Rezaian casusluq ittihamıyla bir ildən artıq həbsdə qalıb.

Beşinci məhbus, Matthew Trevithick adlı amerikalı tələbə isə ayrıca buraxılıb.

Yanvarın 16-da İrana beynəlxalq sanksiyalar qaldırılan gün İran 5 amerikalı məhbusu buraxdığını elan edib. ABŞ da 7 iranlını əfv edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG