Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:49

Suriyada 400 dinc sakin oğurlanıb


Suriyalı qaçqınlar İordaniayada, arxiv fotosu

Suriyalı qaçqınlar İordaniayada, arxiv fotosu

-

İslam Dövləti (İD) ekstremist qrupu Suriyada qadınlar və uşaqlar daxil olmaqla, azı 400 nəfəri oğurlayıb. Bu barədə Suriyada İnsan Haqları Təşkilatı yanvarın 17-də məlumat yayıb.

İD yanvarın 176-da Deir al-Zour şəhərinə hücum edib, şəhərin şimal kənarındakı al- Baghaliyeh kəndinin sakinlərini ələ keçirib.

Həmin ərazi hökumətin nəzarətində idi və oğurlananlar arasında hökumətpərəst döyüşçülərin ailə üzvləri də var.

“Həmin 400 nəfərin edam olunacağından, yaxud qula çevriləcəyindən qorxuruq”, qurumun rəhbəri Rami Abdel Rahman dpa xəbər agentliyinə deyib.

Suriyanın SANA xəbər agentliyi Deir al-Zour döyüşlərində azı 300 nəfərin öldürüldüyünü bildirir. Öldürülənlərin daha çox qoca, qadın və uşaqlar olduğu bildirilir.

İD yaraqlıları Deir al-Zour vilayətinin böyük hissəsinə və eyni adlı şəhərə nəzarət edirlər.

XS
SM
MD
LG