Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:23

-

İran prezidenti Hassan Rohani ölkəsinə beynəlxalq sanksiyaların qaldırılmasını alqışlayıb. Deyib ki, dünya gücləri ilə nüvə sazişi Tehranın dünya ilə əməkdaşlığında “yeni pəncərələr” açıb.

Rohani yanvarın 17-də parlamentdə deyib ki, bu saziş İran iqtisadiyyatı üçün “dönüş nöqtəsidir” və enerjiylə zəngin ölkə neft gəlirlərinə daha az bel bağlamalıdır.

Yanvarın 16-da BMT-nin nüvə agentliyi elan edib ki, Tehran iyulda imzalanmış razılaşmanın öhdəliklərinə əməl edib və sanksiyaların da sonu gəlib.

Avropa Birliyi İrana bütün iqtisadi və maliyyə sanksiyalarının qaldırıldığını elan edib.

Vaşinqton İrana qarşı bank, poladtökmə, gəmiçilik və digər sahələrdə sanksiyaları rəsmən qaldırıb.

İran həmçinin beş amerikalını azad edib. Onların içində Washington Post-un müxbiri Jason Rezaian da var.

İran prezidenti yanvarın 17-də onu da deyib ki, nüvə sazişi ölkənin inkişafı üçün bir fürsətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG