Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:17

Rusiyada Soros fondunun çap etdiyi kitablarını yandırıblar


arviv foto
arviv foto

-

Rusiyanın şimal-qərbində yerli hakimiyyətin “Rusiya ideologiyasına zidd sayılan” 50-dən çox kitabın yandırılması qərarı ölkədə narazılıqla qarşılanıb.

Mədəniyyət Nazirliyi isə özünü bu qərardan kənardan tutur. Yandırılan kitabların Soros Fondunun dəstəyilə çap olunduğu bildirilir.

2015-ci ilin noyabrında Rusiya prokurorluğu Soros şəbəkəsinin iki qolunu - Soros Fondunu və Açıq Cəmiyyət İnstitutunu “arzuolunmayan təşkilatlar” siyahısına salıb və onlardan qrant alınmasını qadağan edib.

53 KİTAB YANDIRILIB...

Yanvarın 13-də 7x7 saytı yazır ki, Komi vilayətinin regional Təhsil Nazirliyindən onlara gələn məktubda ötən ay kollecin kitabxanasında Soros Fondunun dəstəyi ilə çap olunmuş kitabların aşkar edildiyi bildirilib. Sayt nazirliyə informasiya sorğusu veribmiş.

Kitabxanada monitorinq zamanı “ziyanverici” kitablar tapılıb

Məktubda deyilir ki, prezidentin nümayəndəsinin xahişi əsasında kitabxanada monitorinq keçirilib.

Kim ki kitabları yandırır, sonunda adamları da yandıracaq

Rusiyanın mədəniyyət naziri Vladimir Medinsky təcili bəyan edib ki, bu təşəbbüsün onlara dəxli yoxdur və o, bu hərəkəti qəbuledilməz sayıb.

Kitabların yandırılması “pis görünür”,- nazir belə hesab edir və deyib ki, 1930-cu ildə Nasist Almaniyasının və Avstriyanın kitabları ictimai şəkildə yandırması assosiasiyasını doğurur.

KİTABLARIN YANDIRILMASINA ETİRAZ EDƏNLƏR...

Komidəki bu olay Rusiyanın sosial şəbəkələrində tənqidə və ələsalmaya səbəb olub, Nasist erası ilə paralellər aparılıb.

“Kim ki kitabları yandırır, sonunda adamları da yandıracaq”

Digərləri 19-cu əsrdə alman şairi Heinrich Heine-nin məşhur deyimini yada salıblar: “Kim ki kitabları yandırır, sonunda adamları da yandıracaq”.

Komi kollecindəki kitabxananın direktoru Yelena Vasilyeva “7x7” saytına deyir ki, bu kitablar heç kəsə gərək olmayıb. Onun sözlərinə görə, 11 ildir burda çalışır, kitablar isə bundan əvvəl kitabxanaya gətirilib və anbarda yığılıb qalıb.

Komi kitabxanasına baş çəkən “7x7”-nin müxbiri xahiş edib ki, Soros Fondunun dəstəyi ilə çap edilən kitabların siyahısını ona versin. Həmin siyahıda hüquq dərsliyi, məntiq, 20-ci əsr Qərb filosofiyası və Fransız sürrealizmlə ilgili kitablar olub.

XS
SM
MD
LG