Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:32

-

Şənbə günü minlərlə insan Moldovanın paytaxtı Kişinau küçələrinə çıxıb. Etirazlardan ikisini rusiyapərəst partiyalar, üçüncünü Ləyaqət və Həqiqət (DA) adlı antikorrupsiya qrupu təşkil edib.

Yanvarın 15-də Prezident Nicolae Timofti Texnologiya naziri Pavel Filipi yeni baş nazir postuna namizəd irəli sürüb. İlkin proqnozlar onun parlamentdə səsləri qazanacağını göstərir.

Filip ziddiyyətli oliqarx Vlad Plahotniuc-ə yaxın sayılır. Daha öncə Timofti Plahotniuc-in baş nazirliyə namizədliyini rədd edib, ona qarşı korrupsiya iddialarının olduğunu əsas gətirib.
Plahotniuc-in nəzarətində olam media belə bir xəbər yayıb ki, müxalifət liderləri və Rusiya təhlükəsizlik qüvvələri Moldovada dövlət çevrilişi planlaşdırır. Rusiyapərəst Bizim Partiyanın rəhbəri və Balti şəhərinin meri biznesmen Renato Usatii bu iddiaları təkzib edib.

Parlament yanvarın 29-dək hökuməti təsdiqləməsə, Timofti hökuməti buraxmalı və erkən seçki keçirməli olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG