Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:50

Çeçen rəsmisindən “5-ci kolon” ittihamı


Ramzan Kadyrov (solda) və Magomed Daudov

Ramzan Kadyrov (solda) və Magomed Daudov

-

Rusiyanın Çeçenistan regionunun parlament spikeri müxalifət fiqurlarını və medianı Qərb təhlükəsizlik agentliklərinin nəzarətində olan “satqınlar” adlandırıb.

Magomed Daudov yanvarın 16-da verdiyi bəyanatda liberal Ekho Moskvy radiostansiyasını və Dozhd internet televiziya kanalını “beşinci kolonun qərargahı” adıandırıb, “müasir mədəniyyət, siyasət və jurnalistika fiqurlarına” isə Rusiyanın düşmənləri deyib. Bəyanatda bu “beynəlxalq psixoloji təxribatçıların fəaliyyətinə nə vaxt məntiqi son veriləcəyi” sual edilir.

Bu bəyanatdan bir neçə gün öncə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadyrov Rusiya Prezidenti Vladimir Putin-ə qarşı çıxan istənilən kəsi “xalqın düşməni” və “satqın” adlandırıb.

Bu bəyanatdan sonra Krasnoyarskın müstəqil deputatı Konstantin Senchenko facebook-da yazıb ki, Kadyrov Rusiyaya “üzqarası”dır.

Senchenko daha sonra, çeçen xalqının adı çəkilməyə təmsilçisi ilə şübhəli söhbətdən sonra, bu dediklərinə görə üzr istəyib.

Ancaq onun sözləri Çeçenistan liderinə qarşı bir tənqid dalğası başlatmış olub. Kadyrov geniş miqyaslı insan haqları pozuntularında ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG