Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:24

-

İnsan haqlarının monitorinq qrupu bildirir ki, İslam Dövləti (İD) ekstremist qruplaşmasının silahlıları onlarla insanı qətlə yetiriblər. Onlar Suriyanın şərqində hökumətin nəzarətində olan Deir al-Zor ərazisinə hücum ediblər.

Britaniyada mənzillənən Suriya İnsan Haqları təşkilatı yanvarın 16-da bildirib ki, İD döyüşçülərinin öldürdükləri hökumətyönlü döyüşçülər və onların ailələridir.

Bu vilayətin böyük hissəsi İD-nin əlindədir. Ancaq eyniadlı şəhərə hökumət nəzarət edir.

Deir al-Zor vilayəti İD-nin de-fakto paytaxtı olan Rakka şəhərini İraqda həmin qrupun nəzarət etdiyi ərazi ilə birləşdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG