Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:47

“KATV1” də qiymətləri qaldırdı


-

Qiymət artımı kabel televiziyalarından da yan keçməyib. Bakının nəzərəçarpan hissəsini televiziya yayımı və internetlə təmin edən “KATV1” şirkəti tariflərində dəyişikliyə əl atıb. Abunəçilər fevraldan 5 manat artıq ödəyəcəklər. Şirkətin həm standart paket televiziya, həm də internet xidmətindən istifadə edənlər ayda 23 manat verirdilər. Fevraldan bu məbləğ 28 manat olacaq. Artıq abunəçilərə bu barədə məlumat verilib.

Şirkətdən bildirilib ki, televiziya və internet xidmətindən birlikdə istifadə edən abunəçilərə kampaniya çərçivəsində iki ildir güzəşt olunurdu: “Ayrı-ayrılıqda televiziya yayımına görə 10, internet üçün 18 manat verməli olan abunəçilər bu xidmətlərin hər ikisindən cəmi 23 manata istifadə edirdilər. Yəni onlara 5 manat güzəşt edilirdi. Əslində, qiymət artmayıb. Sadəcə, kampaniya başa çatıb”.

“KATV1” hələ keçən ilin ortalarında da qiyməti qaldırmışdı. Onda televiziya yayımına görə məbləğ 1 manat artırılmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG