Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:07

-

«Mənim qisasımı oğlumdan aldılar». YAP üzvü, keçmiş deputat Eldar Sabiroğlu «Yeni Müsavat»a belə deyib. Oğlunun - Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun həbsindən danışan keçmiş deputat musavat.com-a açıqlamasında «üzümə açıq qapı görmürəm» sözlərini dilə gətirib. E.Sabiroğlu, qeyri-rəsmi söhbət adı ilə, oğlu Rüfətin Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə Baş İdarəsinə çağrıldığını və dindirilməyə başlandığını bildirib.

O, elə ilkin prosesdən rüşvətalma maddəsi ilə təqsirli bilinən oğlu barədə bəzi hüquq pozuntuları yol verildiyini söyləyib: «Mən buna çox təəccüb edirəm. Necə ola bilər ki, rüşvətdə ittiham olunan şəxsə qarşı hər hansı cinayət faktı sübuta yetirilmədiyi, daha dəqiq desəm, əldə hansısa maddi dəlil olmadığı halda tələsik qərar qəbul olunur. Bu göstərir ki, Rüfətlə bağlı həbs-qətimkan tədbiri sifariş əsasında həyat keçirilmişdir. Zərərcəkmiş şəxslər dindirilmədən və hər hansı üzləşmə aparılmadan hüquq orqanının belə sərt addım atması, həqiqətən, müəyyən suallar doğurur. Əslində, açıq-aşkar, sifariş verildiyi göz önündə dayandığından nə korrupsiya üzrə baş idarədə, nə də bizim məhkəmə orqanlarında günah görürəm».

HƏRBİ QULLUQÇULARIN PUL TƏMİNATI AZALMAYIB

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, 2016-cı ildə müdafiə sahəsinə nəzərdə tutulan xərclər ötən illə müqayisədə xeyli artıb. Məlumatda deyilir ki, hərbi qulluqçuların pul təminatı azalmayıb və Silahlı Qüvvələrin ümumi sayında heç bir dəyişiklik olmayıb: «Tam əksinə, mərkəzi aparatda və qərargahlarda edilən ştat-struktur dəyişikliyi nəticəsində optimallaşmaya nail olunub, ön xətdə yerləşdirilən yeni döyüş təyinatlı hərbi hissələrdə ixtisaslı vəzifələrin sayı çoxalıb. Bunun hesabına hərbi qulluqçuların maaşları faiz baxımından artıb, şəxsi heyətin və ailə üzvlərinin sosial təminat bazası gücləndirilib».

SOCAR

SOCAR

BÖHRANDAN ÇIXIŞ YOLU

«Bizim Yol» qəzeti iqtisadi böhrandan çıxış yolunu belə təsəvvür edir: «Hökumət özünə yük olan iri dövlət şirkətlərini satmaqla düşdüyü situasiyadan çıxa bilər». Qəzet daha sonra yazır: «Büdcədən investisiya qoparmaq üçün yaşayan şirkətləri «diri ikən» satmağın vaxtıdır».

«Bizim Yol» Dövlət Neft Şirkətində struktur dəyişikliyinə ehtiyaca da diqqət çəkir: «Ölkənin iri müəssisələrindən sayılan «Azərenerji» ASC-nin tərkibində olan xüsusiləşdirilmiş «Azərenerjişəbəkə» tikinti tresti, «Azərkabel» zavodu, inşaat konstruksiyaları zavodu dövlətsizləşdirilib.

Qəzetin fikrincə,yüksək gəlirlə işləyən dövlət müəssisələrinin özəlləşdirilə bilməməsi fikri yanlışdır: «Əksinə, mənfəətə çıxan, ya da sağlamlaşdırılan təşkilatların özəlləşdirilməsi daha məqsədəuyğundur. O zaman alıcısı da tez tapılar».

Siqaret

Siqaret

KİLOQRAMI 3 DOLLAR OLAN TÜTÜNDƏN NEÇƏ PAKET SİQARET ÇIXAR?

«Azadlıq» qəzeti Azərbaycana gətirilən bir paket siqaretin 58 sentə başa gəldiyini yazır: «Manatın ikinci devalvasiyası ən böyük zərbələrdən birini siqaret istifadəçilərinə vurdu. Siqaretlərin qiyməti növündən asılı olaraq 1-2 manat arası qaldırıldı. Hazırda bazarda ən böyük satışı olan siqaretlər 2.50-3 manat arası satılır. Orta hesabla 3 milyon siqaret istifadəçisinin gün ərzində bir qutu siqaret çəkdiyini nəzərə alsaq, bu o deməkdir ki, gün ərzində siqaret mafiyası qiymət artımından sonra 3 milyon əlavə vəsait əldə edib. Bu, aya 90 milyon manat deməkdir».

«Azadlıq» qəzeti siqaretin bahalaşmasının iqtisadi əsaslarının olub-olmamasına da diqqət çəkir və yazır ki, siqaret istehsalında əsas xərc aparan komponent tütündür: «Hazırda dünya bazarında bir kq tütünün qiyməti 3 dollardır. Bir qutu siqaretin hazırlanmasına 20 qram tütün sərf olunur. Bir kiloqram tütündən 5 blok (50 qutu) siqaret almaq olar. 1 kiloqram tütündən alınan 50 qutu siqaret 2 manatdan satılarsa, bu - 100; 3 manatdan satılarsa, 150 manat deməkdir. Deməli, iki qutu siqaretin satılması ilə 50 qutu siqaretin istehsalına sərf olunan 1 kiloqramlıq tütünün xərci ödənilir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG