Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:19

-

Önümüzdəki həftə 26-ci ilini qeyd etdiyimiz 20 Yanvarın da bəlli rəmzləri var. Çiynində tabutlar daşıyan izdihamlı Bakı, ağı deyən yaşlı qadınlar, yanbayan qazılan məzarlar… bir də al-qırmızı Bakı qərənfilləri…

Siyahını uzatmaq da olardı.

20 Yanvar hadisəsi mətbuatda da rəmzlər yaratdı. Partladılmış AzTV, Qara Yanvarlı «Azərbaycan» qəzeti…

20 Yanvar deyərkən, AzadlıqRadiosu da yada düşür. O dövrü görüb-yaşayan hər kəs Mirzə Xəzəri xatırlayır, bir də Mehdi Məmmədovu. Bu iki şəxsin səsi 20 Yanvarın daha birsimvoludur.

AzadlıqRadiosunun «İz» proqramı 20 Yanvarı Mehdi Məmmədova həsr etdiyi verilişlə anır. Verilişdə onu müxtəlif sənət sahibləri xatırlayırlar.

Mehdi müəllimin AzadlıqRadiosuna 18 il boyunca dediklərini də verilişdə dinləmək imkanınız olacaq. Onun ölümündən öncə verdiyi son müsahibəni də eşidəcəksiniz. 2008-ci ilin 20 Yanvar günü... Mehdi müəllim xəstəliyi səbəbindən güclə danışır. Amma o qısıq səslə belə «Azərbaycan xalqı demokratiyadan əl çəkməz!» söyləməyi unutmur…

Yanvarın 17-də saat 23-də efirə gedəcək verilişdə Mehdi müəllimin sevdiyi musiqilərdən istifadə olunub.

Bu «İZ»i itirməyin

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG