Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:21

-

Venesuela hakimiyyəti ölkədə böhranın qarşısını almaq üçün iki aylıq fövqəladə iqtisadi vəziyyət elan edib.

Bu müddət ərzində vergilərin artırılması, hökumətin biznes və istehsal sahəsində sərt nəzarəti gözlənilir.

Ötən ilin dekabrında Venesuela prezidentinin rəhbərlik etdiyi partiya parlament seçkilərini müxalifətə uduzub.

Fövqəladə iqtisadi vəziyyətlə bağlı əmr prezident Nicolas Maduro-nun parlamentdə gözlənilən çıxışından bir neçə saat əvvəl dərc olunub. Prezident parlament qarşısında görülmüş işlərlə bağlı hesabat verəcək.

Venesuela dünyada böyük neft ehtiyatlarına sahib ölkələrdən biridir. Neftin dünya bazarında qiymətinin düşməsi ölkənin gəlirlərini azaldıb. Neftin idxalı Venesuelanın valyuta gəlirlərinin 95 faizini təmin edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG