Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:54

Almaniya Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkacevə viza verməkdən imtina edib.

Buna görə nazir Berlində keçiriləcək “Yaşıl həftə” sərgisində iştirak etməyəcək.

Tkacevin adı Avropa Birliyinin sanksiyalar siyahısındadır.

Avropa Birliyi ötən ilin dekabrında Rusiyaya qarşı sanksiyaların müddətini 6 ay uzadıb.

Buna səbəb Ukraynanın şərqində atəşkəslə bağlı Minsk razılaşmasının yerinə yetirilməməsidir.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi ötən ilin martında Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq edib.

Qara siyahıya şirkətlərlə yanaşı məmurlar da düşüb.

Söhbət viza qadağası və bank hesablarının dondurulmasından gedir.

Qərb Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır. Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG