Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:44

-

Həbsdə olan Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov ozünə qarşı ittihamı qəbul etmir. Bu haqda AzadlıqRadiosuna yanvarın 15-də onunla görüşmüş vəkili Əyyub Ələkbərov məlumat verib.

Vəkil Natiq Kərimovun səhhətində problem yaranmadığını, ehtiyac olduğu halda ona tibbi xidmət göstərildiyini bildirir.

Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə dövlətə xəyanətdə ittiham edilən Natiq Kərimov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İstintaq Təcridxanasında saxlanılır.

Natiq Kərimov dekabrın 1-də Nardaranda keçirilən əməlliyyatdan sonra kənddəki vəziyyət haqda mediaya operativ məlumatlar ötürən yeganə qaynaq idi.

O, yanvarın 7-də həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG