Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:35

Fransa millisinin və "Arsenal"ın keçmiş futbolçusu Tyeri Anri (Thierry Henry) Messinin insan olduğuna şübhə edir.

Qol.az-ın məlumatına görə, o mətbuata açıqlamasında 5-ci dəfə dünyanın ən yaxşı futbolçusu seçilən Lionel Messinin hamı kimi insan olduğuna şübhə etdiyini bildirib.

Anri deyib ki, ən yaxşı komanda yoldaşım keçmiş futbolçu Denis Berkamp (Dennis Bergkamp) olub, onunla meydanda bir-birimizi yaxşı başa düşür, yaxşı anlaşırdıq.

Amma Messiyə gəldikdə, onun insanlığına şübhə edirəm, bu futbolçunun meydanda elədiklərinə baxanda sanki adama elə gəlir ki, o, heç insan deyil-deyə o vurğulayıb.

Şərhləri göstər

XS
SM
MD
LG