Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:45

İndoneziya polisi paytaxt Cakartada törədilən partlayışların təşkilində şübhəli bilinən terrorçu qrupu təqib edir.

Yanvarın 14-də Cakartada törədilən partlayışlarda 7 nəfər ölüb.

Onlardan 5-nin yaraqlılar olduğu bildirilir.

Polis məntəqəsi, ticarət mərkəzi və Starbaks kafesi də daxil olmaqla eyni gündə şəhərdə bir neçə partlayış törədilib.

Bu hücumlara görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

Polis yanvarın 15-də hücum edənlərdən 4-nün artıq müəyyən edildiyini və onlardan ikisinin əvvəllər məhkum olunduqlarını bildirib.

Partlayışlardan sonra həmçinin 3 şübhəli həbs olunub, amma onların bu terror aktlarında əli olub-olmadıqları hələlik açlıqlanmır.

Ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.

İndoneziya ən böyük müsəlman ölkəsidir, 255 milyon əhalisi var.

Son vaxtlar ölkədə islamçı yaraqlıların fəallaşdığı müşahidə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG