Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:29

-

Yanvarın 30 –da və 31-də Gəncə şəhərində “Kəpəz kuboku” uğrunda rəqs yarışması keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu qurumun dəstəyi ilə Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası tərəfindən təşkil olunan yarışma müxtəlif nominasiyalar və yaş qrupları üzrə gerçəkləşəcək.

Yarışma üçün Gəncə şəhərinin seçilməsi bölgələrdəki rəqs kollektivlərinin tədbirə cəlb olunması üçündür.

Yanvarın 30-da Məhsəti Gəncəvi adına klubda yerli rəqs kollektivlərinin rəhbərləri, məşqçilər üçün ustad dərsləri keçiriləcək. Gənclərin, uşaqların çox maraq göstərdikləri folk, etno, breyk-dans kimi rəqs növləri barədə məlumat veriləcək.

Ertəsi gün müxtəlif kollektivlər fərqli nominasiyalar və yaş qrupları üzrə yarışacaqlar.

Gəncədə təxminən min nəfər səhnəyə çıxacaq. Artıq Ağstafa, Qazax və Gəncədən bir neçə kollektiv iştirak üçün müraciət edib.

Qeydiyyat yanvarın 20-dək davam edəcək.

“Kəpəz kuboku” uğrunda yarış 4 kateqoriya üzrə keçiriləcək: bebi-şou (7 yaşınadək), uşaqlar (7-10), yeniyetmələr (11-15) və böyüklər (16-32). Onlar solo, duet, qrup (3-7 nəfər) və ansambl (8-24 nəfər) olaraq yarışacaqlar.

İştirakçıların çıxışlarını Rima Məmmədova, Tahir Eynullayev, Veronika Talıbova kimi tanınmış xoreoqrafların yer aldığı münsiflər heyəti qiymətləndirəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG