Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:59

Syerra-Leonedə yenidən Ebola virusu peyda olub.

Bu barədə yanvarın 15-də Ümumdünya Səhiyyə Təşkilatı məlumat verib.

Təşkilat bundan bir gün əvvəl Qərbi Afrikada bu virusun artıq qurtardığını bildirmişdi.

Ebola Qərbi Afrikada 2 il bundan əvvəl baş qaldırmışdı.

Amma ekspertlər xəbərdarlıq edib ki, hələ 12 ay sağalmış xəstələrin bədənində virus qala bilər.

42 gün bundan əvvəl Liberiyada Ebolaya yoluxmuş sonuncu xəstənin sağaldığı bildirilmişdi.

Ötən il noyabrın 7-də Syerra-Leone, dekabrın 29-da isə Qvineyada artıq bu epidemiyanın kəsildiyi elan edilmişdi.

2013-cü ilin dekabrında bu yana Qərbi Afrikada bu xəstəlikdən 11 300 nəfər ölüb, 28 500 nəfərsə bu virusa yoluxub.

Günün bütün mövzuları

XS
SM
MD
LG