Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:34

Füzuli hadisələrinə görə polislər tutulub ?


Füzulid' aksiya - 13 yanvar 2016

Füzulid' aksiya - 13 yanvar 2016

-

Füzulidə baş verən hadisələrlə bağlı iki polis əməkdaşı tutulub

Bu haqda məlumat APA-ya hüquq-mühafizə orqanlarından verilib.

Tutulanlar Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı Samir Səfərov və Binəqədi rayon Polis İdarəsinin əməkdaşı İlkin İsmayılovdur.

Onlar ötən gün həbs edilən Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyevin kürəkənləridir.

Trend agentliyi isə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova istinadla Füzulidə baş verən hadisələrlə bağlı hər hansı polis əməkdaşının saxlanmadığını xəbər verir.

Eldar Sultanov bu məlumatın həqiqətə uyğun olmadığını deyib.

Son günlər Füzuli, Siyəzən və digər rayonlarda keçirilən icazəsiz aksiyalarla bağlı Baş Prokurorluq tərəfindən CM-nin 186.2.2, 233 və 315.2-ci maddələri ilə cinayət işi başlanılıb, 60-a yaxın şəxs saxlanılıb.

XS
SM
MD
LG