Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:07

-

İraqın yarımuxtar kürd regionu ABŞ-dan büdcə böhranının həllinə kömək istəyib. Bu böhranı İslam Dövləti (İD) silahlı qruplaşması ilə müharibə, İraq və Suriyadan qaçqın düşənlər və ucuzlaşan neft yaradıb.

Kürd regional hökumətindən Falah Mustafa Bakir yanvarın 14-də Associated Press-ə deyib ki, ABŞ və ya müttəfiqlərdən kömək olmasa, kürdlərin İD yaraqlıları ilə savaşına əngəl yaranacaq.

Bakir hazırda digər kürd rəsmiləri ilə ABŞ-da səfərdədir. O, Pentaqondan kürd döyüşçülərinə maliyyə yardımı istədiyini söyləyib.

Rəsmilər ümid edirlər ki, Dövlət Departamenti, yaxud USAID kürd hökumətinə 1.8 milyonluq qaçqına kömək göstərməyə maliyyə ayıra bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG