Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:44

-
Yanvarın 17-də Azərbaycan Dövlət Opera və Balet Teatrında balet axşamı olacaq. Dmitri Şostakoviçin «Xanım və Xuliqan» və Sergey Prokofyevin «Tamahlar» tamaşaları oynanılacaq.

Bu haqda AzadlıqRadiosuna Opera və Balet Teatrından məlumat verilib.

«Xanım və Xuliqan»ı 2012-ci ildə quruluşçu baletmeyster Sergey Moxnaçov səhnələşdirib. Rus balet sənətinin ən dəyərli nümunələrindən olan bu balet iki gəncin faciəli məhəbbət tarixçəsindən – insanı yaxşılığa doğru dəyişən, onda təmiz və işıqlı hisslər oyadan məhəbbətdən, öz sevgisini qorumaq üçün həyatını qurban verən qəhrəmanın taleyindən bəhs edir.

Tamaşanı Cavanşir Cəfərov idarə edəcək. Əsas rollarda Kamilla Hüseynova (Xanım), aparıcı solist Anar Tahirov (Xuliqan) çıxış edəcək.

«Tamahlar» baletini isə 2003-cü ildə fransalı xoreoqraf Alen Amber səhnəyə qoyub. Tamaşa rus bəstəkarı S.Prokofyevin «Klassik simfoniya»sı əsasında səhnələndirilib. Baletin süjet xətti yoxdur.

Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir. Solistlər Kamilla Hüseynova, Yuri Lobaçov, Alsu Qimadiyeva və başqalarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG