Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:07

Kerry Səudiyyəni dəstəkləyir


John Kerry və Adel bin Ahmed Al-Jubeir (arxiv fotosu)

John Kerry və Adel bin Ahmed Al-Jubeir (arxiv fotosu)

-

ABŞ Dövlət katibi John Kerry İranla mübahisədə müttəfiqi Səudiyyə Ərəbistanını dəstəkləyib. Gərginlik ər-Riyadın tanınmış şiə ruhanisini edam etməsindən sonra yaranıb.

Kerry yanvarın 14-də Londonda Səudiyyənin Xarici işlər naziri Adel al-Jubeir ilə görüşüb. Deyib ki, Yaxın Şərq ölkələri digərlərinin işinə qarışmamalıdır.

Səudiyyə İranı Fars Körfəzinin sünni monarxiyalarında iğtişaşlar yaratmaqda ittiham edir.

Bu arada İran ötən yay imzalanmış yekun nüvə sazişinin şərtlərini tam yerinə yetirməyə çalışır. Yaxın günlərdə İrana sanksiyalar yüngülləşdirilə bilər. Səudiyyə İranın güclənməsindən narahatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG