Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:13

İnsanla çaydanın məhəbbəti


Səmayə Bayramova
Səmayə Bayramova

-

Gənclərin OxuZalına göndərdikləri yazılardan

Səmayə Bayramova

Usta, şagird və çaydan

Payız küləyi ağacdan düşən yarpağı onun üstünə saldı. Sarı-qırmızı yarpaq gümüşü lövhənin üzərində cəlbedici göründüyündən ustanın şagirdinin diqqətini cəlb etməyə bilməzdi. Yaxına gələndə onun bir parça aliminium olduğunu görüb yerdən götürdü və ustasının yanına gəldi.

Usta onu gözdən keçirərək şagirdinə "Bundan bir çaydan düzəltmək olar. Bu, sənin ilk işin olacaq, özün düzəldəcəksən, hazır ol!" - dedi.

Şagird, ondan bir parça kəsərək çaydanın ağzını və qulpunu, usta isə əsas hissəni düzəltdi. Hissələri birləşdirdikdən sonra orta ölçülü çaydan alındı.

Şagird çaydanın üzərinə öz zövqünə uyğun naxışlar vurdu. Naxışlamanı bitirdikdən sonra çaydana elə fərəhlə baxırdı ki, o, çaşib qalmışdı. Onunla da fərəh duyan tapılarmış..

- Get su gətir, görək necədir çaydanımız.

Şagird vedrədə su gətirib çaydanı suyla doldurdu, qaynamasını gözlədilər.
Kiçik şüşə çaydanda çay dəmlədilər.

Şagirdin sevincinin həddi-hüdudu yox idi. Axi bu, onun ilk işi idi. Baxmayaraq ki, çaydanı satıb pul əldə etmək olardı, şagird ilk işini yadigar saxlamaq istəyirdi.

Ertəsi gün yuxarı məhəlləyə yeni köçmüş qadın onu alıb evinə aparmaq istədi. Şagird ustanın çaydanı satmaq istədiyini görüncə heç nə deməsə də, əslində bu, onun ürəyincə deyildi.

Nəhayət, usta çaydanı satdı. Çox sonralar şagird çaydanı çox axtarıb geri qaytararaq özündə saxlamaq istəsə də tapa bilmədi və onlar uzun müddət ayrı düşdülər...

Bundan sonra onun çaydan həyatı başladı. Hər gün səhərdən axşama qədər onda su qaynadırdılar.

Evdə ər, arvad, iki və beş yaşlarında kiçik uşaqlar vardı. Uşaqlardan böyük olanın bu naxışlı çaydandan yaman xoşu gəlmişdi. Həyatı kəşf etmək istəyən uşaq anası çay süzən zaman altdan yuxarı həmişə çaydana baxar, çaydandan çay süzülməsinə heyranlıqla tamaşa edər və çaydana toxunmaq istəyi ilə alışıb yanardı.

İllüstrasiya. Özbək milli çaydanı Cənubi Koreyada mədəniyyət festivalında
İllüstrasiya. Özbək milli çaydanı Cənubi Koreyada mədəniyyət festivalında

Bir gün anasının mətbəxdən çıxdığını görən beş yaşlı uşaq çay süzmək üçün çaydana əli çatsın deyə ayağının altına stul qoyaraq özünü hündürə qaldırdı.

Anasının evi səliqəyə saldığını görüb, çaydana tamaşa etmək qərarına gəlmişdi.

Biraz tamaşa etdikdən sonra çaydanın naxışlarına toxunan uşaq onun qaynar olduğunu duyunca tez əlini çəkdi. Anası gəlmədən çay süzməyə çalışan uşaq, çaydanı yenicə yerindən tərpətmişdi ki, anası mətbəxə gəldi. Uşağın özündən asılı olmadan əli boşaldı və çaydan aşaraq üstünə töküldü.

Uşağı xəstəxanaya çatdırdılar. Bir neçə gün sonra uşaq xəstəxanadan çıxanda ailə çaydanı atmaq qərarına gəldi.

Lakin onu yas məclisləri üçün kirayə çadır, qab-qacaq verən adama satdılar.

Uzun müddət yas məclislərində istifadə olunan çaydan çox istifadə olunduğu və ora bura çırpıldığı üçün əzilərək köhnəlmiş, çox yuyulmaqdansa naxışları demək olar ki, itmişdi.

Çox yorulmuşdu çaydan... Axı o, adi alminium parçası idi. Təbiətin qoynunda rahat yaşayırdı.

Bir dəfə yenə səhər tezdən onu və başqa yoldaşlarını yığaraq yenə yas məclisinə apardılar. Həmin gün çaydan özünü qəribə hiss edirdi. Sanki bu gün nə isə xüsusi gün idi və sanki nə isə yenilik olacaqdı.

Bir müddət getdikdən sonra ünvana çatdılar. Maşından onu və başqa yoldaşlarını götürən insanlar onları birbaş ocaq olan yerə apardılar. Birazdan artıq bütün çaydanlar qaynar su ilə dolu idi. Artıq yavaş-yavaş məclis başlayırdı.

Sıra ona da çatdı, qulluq edənlər onu da apardılar. Məclisə çatar-çatmaz, çaydan usta şagirdini gördü və dərhal onu tanıdı. Məni çaydan halına salan insan!

Çox uzaqda və pis halda olduğu üçün şagird onu tanımamışdı. Çaydan uzun zaman keçməsinə baxmayaraq, hələ də onu tapan və üzərinə çaydanlıq missiyasını yükləyən insanı unutmamışdı. Ayrı-ayrı masalarda idilər və hələ də insan çaydanın fərqinə varmamışdı.

Artıq iki saata yaxın vaxt keçmişdi. Başsağlığına gələn insanlar yavaş-yavaş dağılışırdılar. Şagird olan masanı da xeyli insan tərk etmişdi. Birdən çaydanı qulluq edənlərdən kimsə şagird olan masaya apardı.

Eyni masada olsalar da, yenə yaxında deyildilər. Şagird hələ də çox insanın tərk etdiyi masanın arxasında doğmaları ilə söhbət edirdi. Doğmalarından kimsə qalxmağı təklif edəndə çaydanın bütün ümidləri puç oldu. Demək, hələ də şagird onun fərqində deyildi...

Şagirdin qaxdığını görən çaydan özünü saxlaya bilməyib ağlamağa başladı. Şagird onun yanından laqeyd keçərkən çaydan köks ötürdü. Amma onu eşidən kim idi?! O, adi çaydan, əşya idi.

Şagird biraz getmişdi ki, arxaya dönərək çaydana baxdı. Ümidsiz çaydan hələ də ağlayırdı. Şagird geri gəlib onun qulpuna toxunanda çaydan sevindiyindən bilmədi aglasın, ya sevinsin.

Şagird bir neçə dəqiqə çaydana baxdıqdan sonra ilk düzəltdiyi çaydanı tanıdı. Artıq şagird deyil, usta olmasına baxmayaraq, onun üçün ilk əl işi hələ də dəyərli id.

Şagird çaydanı götürüb qab-qacaq kirayə verən adamın yanına getdi. Çaydanı ilk satdığı qiymətə alıb, evinə apararaq ömürlük yadigar saxladı...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG