Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:02

-

"Azərbaycanın bölgələrində sosial tələblərlə etiraz aksiyalarından sonra AXCP üzvlərinə qarşı həbslər başlayıb."

Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib.

O bildirib ki, yanvarın 14-də Bakıda partiyanın Gənclər Komitəsinin üzvü Turan İbrahim barəsində 7 sutkalıq inzibati həbs qərarı çıxarıldıqdan az sonra Şəkidə də cəbhəçilər saxlanılıb.

AXCP Şəki şöbəsinin fəalları Yusif Lətifov Məmməd Balaməmmədov axşam saatlarında məhkəmə qarşısına çıxarılıb.

Şəki Rayon Məhkəməsinin qərarı ilə Yusif Lətifova polisə müqavimət ittihamı ilə 20, Məmməd Balaməmmədova isə xırda xuliqanlıq maddəsilə 10 sutka həbs cəzası verilib.

Bundan başqa, AXCP Neftçala rayon şöbəsinin sədri Əflatun Əhmədzadə də yanvarın 14-də axşam saatlarında evindən rayon polis şöbəsinə aparılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG