Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:57

Abxaziya da Türkiyəyə "məhdudiyyət qoyur"


►Müxalifət narahatdır

Separatçı Abxaziya hökuməti Türkiyə ilə iqtisadi və ticarət əlaqələrində tətbiq edəcəkləri məhdudiyyətlətin siyahısını hazırlayır. Bu, Suxuminin Rusiyanın Ankaraya qarşı sanksiyalarına qoşulması deməkdir.

Məhdudiyyətlərə türk qeyri-kommersiya qurumları ilə əməkdaşlıq üzərində nəzarətin gücləndirilməsindən tutmuş bəzi türk mallarının idxalına qadağa qoyulmasına qədər bir sıra tədbirlər daxildir.

Qərarın verilməsindən iki həftə əvvəl Rusiya prezidentinin köməkçisi Vladislav Surkov Suxumiyə gəlmişdi. O, səfər zamanı Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginliyi fonunda abxazlarla fəaliyyətin "koordinasiyası"nın zəruriliyini vurğulayıb. Bəzi Rusiya və abxaz mənbələrinin dəyərləndirməsinə görə separatçı regionun xarici ticarət dövriyyəsində Türkiyənin payı 18 - 20% təşkil edir.

Abxaziyanın ixracatının təqibən 10%-i Türkiyənin payına düşür. Separatçı region Türkiyəyə əsasən kömür, balıq və metal satır.

"Exo Kavkaza"nın veridyi məlumata görə separatçı "respublikanın" parlamentinin üzvləri icra hakimiyyətinin Türkiyəyə məhdudiyyətlər tətbiq etmək niyyətindən narahatlıq ifadə ediblər.

Onlar bildiriblər ki, bu tədbirlər Türkiyənin abxaz diasporuna aid olan və Suxumi ilə sıx münasibətlər saxlamağa çalışan vətəndaşlarının biznesinə təsir edəcək.

Abxaziyalı deputat Beslan Tsvinariya deyib ki, bu, çox tələskən qərar olardı. Müxalif qüvvələrin bloku da bəyan edib ki, hökumət Türkiyədəki abxaz diasporası ilə münasibətləri qoruyub saxlamaq üçün hər cür səy göstərməlidir.

Türk balıqçı gəmiləri Abxaziyanın Qara dəniz sahillərində aktiv şəkildə balıqçılıqla məşğul olurdu. Amma dekabrın ortalarında Rusiyanın "Rosrıbolovstvo" dövlət şirkəti bəyan edib ki, "Abxaziya sularında" Rusiyanın balıqçılıq gəmiləri türk gəmilərini əvəz edəcək. Abxaziyada Gürcüstan hökumətinin icazəsi olmadan göstərilən bu iqtisadi fəaliyyət Gürcüstan qanunvericiliyinin pozulmasıdır. 2013-cü ildə Gürcüstanın Sahil Keşikçi xidməti separatçı sulara icazəsiz girdiklərinə görə ən azı dörd türk gəmisini saxlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG