Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:21

Suriyada mühasirədə olan Madaya şhərinə həftə ərzində ikinci humanitar yardım göndırilir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, yanvarın 14-də Dəməşqdən bu şəhərə 44 maşın ərzaq və dərman göndərilib.

Dəməşqin şimal-qərbində yerləşən bu şəhərdə 40 minədək adam yaşayır.

Hökumət qüvvələri 6 aydır ki, şəhəri mühasirədə saxlayır.

Məlumatlara görə, dekabrdan bu yana şəhərdə aclıqdan 20-dən çox adam ölüb.

BMT-nin humanitar yardım üzrə idarəsinin rəhbəri Stiven Obrayen (Stephen O'Brien) bu həftə xəbərdarlıq edib ki, aclıq və dərman qıtlığından daha 400 sakin ölə bilər.

Foah və Kefraya şəhərlərinə isə Dəməşqdən 17 maşın humanitar yük göndərilib.

Suriyanın şimal-qərbində yerləşən bu şəhərlər isə üsyançıların mühasirəsindədir.

Həftənin əvvəllərində bu şəhərlərə də humanitar yardım göndərilib.

XS
SM
MD
LG