Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:41

Yanvarın 14-də İndoneziyanın paytaxtı Cakartada törədilən partlayışlara görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

Polis məntəqəsi, ticarət mərkəzi və Starbaks kafesi də daxil olmaqla eyni gündə şəhərdə bir neçə partlayış törədilib.

Azı 7 nəfərin öldüyü və onlardan 5-nin yaraqlılar olduğu bildirilir.

Həmçinin şəhərdə polislə yaraqlılar arasında atışma olub.

Prezident Cokoy Dudu əhalini sakitliyə çağırıb, durumun nəzarətdə olduğunu bildirib.

İndoneziya ən böyük müsəlman ölkəsidir, 255 milyon əhalisi var.

Son vaxtlar ölkədə islamçı yaraqlıların fəallaşdığı müşahidə olunur.

Polis İslam Dövləti qrupu ilə əlbir olanlara qaşı əməliyyatlar keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG