Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:14

Türkiyənin cənub-şərqindəki Çinarlı şəhərində polis bölməsinə edilmiş hücumda azı 6 nəfər ölüb, 39 nəfər yaralanıb.

Onlardan 2-si partlayış nəticəsində, 4-ü isə ətrafdakı binanın uçması nəticəsində ölüb.

Rəsmi mənbələrin məlumatına görə, partlayış yanvarın 13-ü gecə saatlarında törədilib.

Əsasən kürdlərin yaşadığı bu şəhər Diyarbəkr əyalətindədir.

Hadisə yerindən verilən reportajlarda hücum edənlərin polis məntəqəsini qumbaraatan və avtomat silahlardan atəşə tutduqları görünür.

Hücuma görə cavabdehliyi heç kim üzərinə götürməyib.

Amma yerli hakimiyyət hesab edir ki, bunun arxasında PKK-kürd yaraqlıları durur.

Bundan bir gün əvvəl-yanvarın 12-də İstanbulda törədilən partlayışda isə 10 turist ölüb.

Onların hamısı Almaniyadandır.

Hakim dairələr hesab edir ki, bu partlayışı “İslam Dövləti” qrupu təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG