Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:50

-

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick Britaniya Xarici İşlər Nazirliyində məsləhətləşmələr aparıb.

APA Britaniyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, o, ölkənin Avropa məsələləri üzrə naziri David Lidington-la görüşüb. Görüşdə ATƏT-in Minsk Qrupunun fəaliyyəti müzakirə olunub.

Amerikalı həmsədr Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktorluğunun rəhbəri Michael Tatham ilə də görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son hadisələrin müzakirə edildiyi bildirilir.

J.Warlick həmçinin region üzrə ekspertlər, hökumət nümayəndələri, QHT sektoru üzvləri və akademik dairələrin təmsilçilərinin iştirakı ilə keçirilən dəyirmi masaya qatılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG