Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:17

-

«AzərTürkbank» hazırda yeganə bankdır ki, əhaliyə dollar və avro satır. «Turan»ın məlumatında belə deyilir.

Yanvarın 14-də yüzlərlə adam valyuta (500 dollardan çox olmayaraq) alışı üçün növbəyə düzülüb.

Bankın saytındakı elana görə, dollar alışı 1.60, satış isə 1.6320 manatdır. 1 avro 1.6850-a alınır, 1.7780-a satılır.

«Biz saat 6:00-da bura gəlmişik və növbəyə yazılmışıq. Bankın əməkdaşı şəxsiyyət vəsiqələrimizin surətini çıxararaq bizə nömrə verib», - növbədə dayanan vətəndaşlardan biri «Turan»a deyib.

Polis vətəndaşları əhatəyə alaraq içəri bir neçə nəfəri buraxır.

2.5 mln.-dan çox əhalisi olan paytaxtda xarici valyutanın satışının niyə ancaq bir bankda reallaşdırılması haqda rəsmi açıqlama yoxdur.

Bu arada dəmiryolu vağzalında «qara bazar»da canlanma var. Dollar 1.62 manata alınır, 1.85 – 1.90 manata satılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG