Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:02

Şagirdi döyən müəllim işdən qovuldu


Müəllimin şagirdi döymə anı
Müəllimin şagirdi döymə anı

-

Təhsil Nazirliyi Sumqayıt şəhər 22 nömrəli orta məktəbin 8-ci sinfində baş vermiş hadisə ilə əlaqədar müəllim İdris Hüseynovu işdən azad edib.

Nazirliyin məlumatında deyilir ki, müəllim «Təhsil haqqında» Qanunun və «Müəllimlərin etik davranış qaydaları»nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq edib. Onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verib.

Nazirliyin Daxili nəzarət şöbəsi hazırda xidməti araşdırma apardığını, o başa çatdıqdan sonra hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndəriləcəyi deyilir.

ƏSƏBİNİ UŞAĞI DÖYMƏKLƏ ÇIXIB

Sumqayıt şəhəri 22 saylı məktəbdə şagirdi döyən tarix müəllimi İdris Hüseynov işdən çıxmaqla bağlı ərizə yazıb. O, Sumqayıt Şəhər Təhsil Şöbəsinin qərarı ilə işdən azad olunacaq.

Bunu «Report»a açıqlamasında məktəbin direktoru Tahirə Səfərova deyib.

Direktor bildirib ki, hadisə keçən həftənin sonunda baş verib.

«Məktəbin tarix müəllimi İdris Hüseynov dərsi dəfələrlə şagirddən soruşub, lakin şagird dərsi bilmədiyini deyib. Eyni zamanda, müəllimə kobud cavab verib. Müəllim də əsəblərini cilovlaya bilmədiyindən şagirdi döyüb. Müəllimi çağırdıq, izahatını aldıq. Şagirdin valideyni məktəbə çağırılıb və onlarla da söhbət edilib. Həmçinin, şagirdlə də danışılıb», - direktor söyləyib.

T.Səfərova bildirib ki, hazırda Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Teymur Səmədov və onun işçiləri məktəbdədir: «Müfəttişlər də lazım olan araşdırmaları aparır».

Sosial şəbəkələrdə orta məktəb şagirdinin tarix müəllimi tərəfindən döyülməsi ilə bağlı video yayılıb. Şagirdlər sinif yoldaşlarının səhhətində problem olduğunu söyləsələr də, müəllim onu döyməkdə davam edib.

Müəllimin şagirdi döymə anı

XS
SM
MD
LG