Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:22

İraqlı qaçqına bomba ittihamı


-

İslam Dövləti (İD) silahlı qruplaşmasına rəğbət göstərməkdə şübhəli bilinən iraqlı qaçqın Texasda iki ticarət mərkəzinə bomba qoymaq istəyib, partlayıcı hazırlamağı öyrənib. Bunu ABŞ rəsmiləri yanvarın 13-də bildirib.

Omar Faraj Saeed al-Hardan 2009-cu ildə Hyustondan İraqa mühacirət edib. Ötən həftə ona terrorçu təşkilata dəstək ittihamları irəli sürülüb. Ancaq o, günahsız olduğunu deyib.

Ancaq Hyuston məhkəməsi onun həbsi barədə qərar çıxarıb. Bildirilir ki, Hardan Galleria və Hyustonda başqa bir ticarət mərkəzində bomba quraşdırmaq istəyib. Partlayıcı kimi istifadə olunmaq üçün mobil telefonlardan elektron ötürücülər çəkməyi öyrənib. Mənzilində mobil telefonlar tapılıb.

Hardan-ın həbsi Obama administrasiyasının qaçqın siyasətinə qarşı çıxanları daha da alovlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG