Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:09

-

Birləşmiş Ştatlar İraqa xüsusi təyinatlılar göndərib və hazırda İslam Dövləti (İD) silahlı qruplaşmasının İraq və Suriyadakı güc mərkəzlərini geri almağı nəzərdən keçirir. Bunu ABŞ-ın Müdafiə naziri deyir.

ABŞ ötən ay İraq qoşunlarının Ramadini almasına kömək edib. İndi isə İraq və kürd peşmərgə qüvvələrinin şimaldakı Mosul şəhərinə yenidən yiyələnməsinə yardım göstərməyi planlaşdırır.

Birləşmiş Ştatların Müdafiə naziri Ash Carter bunları yanvarın 13-də deyib. Onun sözlərinə görə, ABŞ və koalisiya qüvvələri Suriya üsyançılarının İD-ni Raqqada çıxarmasına da kömək edəcək. İD Raqqanı “xilafətin paytaxtı” elan edib.

Carter deyib ki, gələn həftə Parisdə anti-İD koalisiyası üzvlərinin müdafiə nazirləri ilə görüşəcək, döyüşə dəstək toplayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG