Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:52

Poroshenko avropalı həmkarları ilə danışıb


Angela Merkel, Francois Hollande və Petro Poroshenko

Angela Merkel, Francois Hollande və Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko Almaniyanın kansleri Angela Merkel və Fransa prezidenti Francois Hollande ilə telefonla danışıb.

Tərəflər Ukraynanın şərqindəki vəziyyəti və atəşkəslə bağlı Minsk razılaşmasının yerinə yetirilməsini müzakirə ediblər.

Poroshenko atəşkəsin pozulması və ATƏT müşahidəçilərinin münaqişə zonasına buraxılmamasının yolverilməz olduğunu bildirib.

Liderlər Minsak razılaşmasının yerinə yetirilməsi üçün növbəti addımları müzakirə ediblər.

Kiyev və Qərb Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində 9 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG