Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:46

ABŞ Dövlət katibi John Kerry İran sularına girən ABŞ gəmilərinin heyət üzvlərini buraxdığına görə Tehrana təşəkkür bildirib.

İran İslam İnqilab Qvardiyası yanvarın 13-də ABŞ dənizçilərinin azad edildiklərini bildirib.

Dövlət televiziyasının məlumatına görə ABŞ hərbi-dəniz qüvvələrinin 10 nəfərlik heyəti yanvarın 13-də buraxılıb.

İnqilab Qvardiyasının televiziya ilə yaydığı bəyantda deyilir ki, ABŞ-ın üzr istəməsindən sonra dənizçilər Fars körfəzindəki beynəlxalq sularda azad ediliblər.

Məlumatda qeyd edilir ki, araşdırma zamanı onların bunu qəsdən eləmədiyi müəyyən olub.

Dənizçilərdən 9-u kişi, biri isə qadındır.
İnqilab Qvardiyasının admiralı Ali Fadavi yanvarın 13-də bildirib ki, dənizçilər naviqatsiya sisteminin sıradan çıxmasına görə, yanvarın 12-də Fars körfəzi yaxınlığında İran sularına daxil olublar.

ABŞ rəsmiləri də təlim vaxtı 2 gəmidən birinin xarab olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG