Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:58

Yanvarın 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 3-5, gündüz 8-13, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacaq.

Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG