Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:57

Ukraynanın baş naziri Arseniy Yatsenyuk İqtisadi İnkişaf və Ticarət Nazirliyinə Rusiyadan gətirilən qadağan edilmiş məhsulların siyahısının genişləndirilməsini göstəriş verib.

Bunu baş nazir yanvarın 13-də hökumətin iclasında deyib.

O bu tədbirlərin Rusiyanın iqtisadi təcavüzündən müdafiə olunmaq üçün görüldüyünü bildirib.

Bu il yanvarın 1-dən Rusiya Ukraynaya qarşı ərzaq embarqosu qoyub.

Kiyev isə buna müvafiq cavab veriləcəyini bildirib.

Həmçinin Moskva yanvarın 1-dən Rusiya ilə Ukrayna arasındakı azad ticarət zonasını dayandırıb.

Bunun əvəzində yanvarın 1-dən Ukrayna ilə Avropa irliyi arasında imzalanmış azad ticarət müqaviləsi qüvvəyə minib.

Rusiyanın ötən ilin martında Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişəyə görə, ABŞ və Qərb ölkələri Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG