Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:29

Rusiya 2016-cı ildə Vaşinqtonda keçiriləcək nüvə təhlükəsialiyi sammitində iştirak etməyəcək.

Bunu yanvarın 13-də Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zakharova deyib.

O bildirib ki, dünyada nüvə terrorçuluğuna qarşı yönələn nüvə təhlükəsizliyi sammitləri öz rolunu artıq oynayıb və siyasi gündəlidən çıxıb.

Zakharavoa deyib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi dünyada qlobal nüvə təhlükəsizliyi sahəsində səyləri koordinasiya eləmək üçün mərkəzi güc olmalıdır.

O qeyd edib ki, nüvə sammitləri Beynəlxalq Atom Enerjisi Agentliyi də daxil olmaqla büynəlxalq təşkilatların işini əngəlləmək cəhdidir.

Martın 31-dən aprelin 1-dək Vaşinqtonda növbəti süvə təhlükəsialiyi sammiti keçiriləcək.

Bundan əvvəl- 2010-cu ildə Vaşinqtonda, 2012-ci ildə Seulda, 2014-cü ildə isə Haaqada keçirilən sammitlərdə Rusiya da iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG