Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:06

İran ABŞ-dan üzrxahlıq istəyir


ABŞ qayığı
ABŞ qayığı

-

İran İslam İnqilab Qvardiyası bildirir ki, Amerikanın 2 qayığı İran sularına girdiyi üçün saxlandıqdan sonra ABŞ üzr istəməlidir.

Qvardiyanın donanma qüvvələrinin komandiri, ehtiyatda olan admiral Ali Fadavi yanvarın 13-də dövlət televiziyasında deyib ki, «qeyri-peşəkar hərəkətlər» Fars adası yaxınlığında insidentə səbəb olub.

Fadavi məsələnin həll olunduğunu, dənizçilərin tezliklə buraxılacağını söyləyib.

ABŞ rəsmilərinin sözlərinə görə, qayıqlardan birində mexaniki problem yaranıb və İran onu saxlayıb.

Tehran rəsmiləri əmin edib ki, 9 kişi və 1 qadından ibarət heyəti qaytaracaq.

XS
SM
MD
LG