Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:11

Azərbaycanlı rəssam Fransanın Cəngavər mükafatıyla təltif olundu


Aydin Agdashloo (solda) və Dariyush Shayegan
Aydin Agdashloo (solda) və Dariyush Shayegan

-

Dünən günorta saatlarında Fransanın Tehrandakıki səfirliyində keçirilmiş mərasimdə azərbaycanlı İran rəssamı Aydın Ağdaşlı, Fransanın İrandaki səfiri və mədəniyyət naziri tərəfindən bu ölkənin incəsənət üzrə ən ali nişanı sayılan “Cəngavər” mükafatı ilə təltif olunub

Aydin Agdashloo
Aydin Agdashloo

Mərasimdə Fransanın mədəniyyət naziri və bu ölkənin Tehrandakı səfiri, A.Ağdaşlının İran və dünya rəssamlığındakı yerindən söhbət açıblar. Onun əsərləri və yaradıcılığı barədə ürək sözlərini bəyan ediblər.

A.Ağdaşlının əski dostu və Fransanın bir çox ali nişanı ilə təltif olunmuş filosof Dariyuş Şayeqan (İran azərbaycanlısı) isə rəssamın yaradıcılıq fəlsəfəsindən danışıb. Onun fikrincə, A.Ağdaşlı İran rəssamlıq sənətinin Xəyyamıdır.

Görkəmli rəssam, sənətşünas və tənqidçi Aydın Ağdaşlı (Agdashloo) əsərlərinə, yaradıcılığına verilən dəyərə görə, Fransanın mədəniyyət naziri və səfirinə təşəkkür etdi.

Yazar Elşən Böyükvəndin İrandan verdiyi xəbərə görə, Aydın Ağdaşlı özünəməxsus səmimiyyət və təvazökarlıqla bu mərasimin səssiz və hay-küysüz şəkildə keçirilməsini tələb etmişdi. Onun istəyi üzrə səfirlikdəki törən tam sakit bir şəraitdə baş tutdu.

Aydın Ağdaşlı Azərbaycan Xalq Cumhuriyyətinin 1919-20-ci illərdə daxili işlər naziri olmuş Məhəmməd Hacıyevin oğludur. Bolşeviklər 20-ci əsrin əvvəlində Müsavat hökumətini devirdikdən sonra Ağdaşlının ailəsi İrana köçməyə məcbur olmuşdu.

Həmçinin oxu: Azərbaycan rəssamı ola bilərdi, İran rəssamı oldu

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG