Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:36

«Günəşli» qurbanları anılır


-

Yanvarın 13-də Bakıda, Dənizkənarı Milli Parkda Neft Daşlarında, «Günəşli» yatağındakı 10 saylı özüldə baş vermiş qəza zamanı həlak olanların 40 mərasimi ilə bağlı anım aksiyası keçirilir.

APA xəbər verir ki, aksiyada ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, gənclər, həlak olanların yaxınları iştirak edir.

İştirakçılar sahilə qərənfillər düzüb, həlak olan, itkin düşən neftçilərin xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

Dənizə qərənfillər atılıb.

Anım mərasimi gün ərzində davam edəcək.

Ötən il dekabrın 4-də «Günəşli» yatağındakı 10 saylı özüldə yanğın zamanı 10-dan çox adam ölüb, 20-dən çox adam itkin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG