Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:34

-

Pakistanın cənub-qərbindəki Quetta şəhərində partlayışda azı 15 nəfər həlak olub. Yanvarın 13-də rəsmilərin bildirdiyinə görə, partlayışın poliomielitə qarşı peyvənd mərkəzi qarşısındakı polisə qarşı törədildiyi görünür.

Polis əməkdaşları mərkəzin qabağında peyvəndləmə işini aparan işçiləri müşayiət edirmiş. Quettanın paytaxtı olduğu Baluçistan vilayətində artıq üçüncü gündür belə bir kampaniya aparılır.

Ölənlərdən 12-si polisdir. Azı 10 nəfər də yaralanıb.

Hələlik hücuma görə məsuliyyəti üzərinə götürəm olmayıb. Ancaq indiyədək Al-Qaedaya bağlı islamçı yaraqlılar peyvəndləmə aparan tibb işçilərinə hücumlar təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG